Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır

0

  •       May ayının 26 - da Bakı şəhərində “Texnofest Azərbaycan “adlı Aerokosmik və Texnologiya Festivalına start verildi.“Texnofest “Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Səlçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” T-3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda “Texnofest “ilk dəfə olaraq Azərbaycanda təşkil edildi.Bu festival Azərbaycan - Türkiyə qardaşlığının bariz nümunələrindən biri idi. Bu festivalda Azərbaycan Respublikasının Prezidenti, Türkiyə Respublikasının Prezidenti, Prezidentlərin xanımları, Türkiyənin “Bayraktar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar, türkiyəli dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancar, Azərbaycan və Türkiyənin bir çox nazirləri iştirak edirdilər.Cənab Prezidentimiz bu möhtəşəm Festivalda çıxış edərək ilk olaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bütün qonaqları salamladı. Həmçinin bildirdi ki, bu gün Azərbaycanda bayram günüdür - 28 May Respublika günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən isə əziz qardaşımız Rəcəb Tayyib Ərdoğanının bizimlə birgə olmasıdır. Hər zaman yaxşı gündə də, çətin günlərimizdə də biryerdə olub, bir - birimizə dəstək olmuşuq. Türkiyə - Azərbaycan qardaşlığı, birliyi xalqlarımızüçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə hər zaman olduğu kimi yenə də bizim yanımızda idi. Müharibənin ilk saatlarında Cənab prezident Rəcəb Tayyib Ərdoğanın”Azərbaycan tək deyil, Türkiyə onunyanındadır” deməyi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Cənab Prezidentimiz onu da qeyd etdi ki, bu il həm də diplomatik əlaqələrimizin qurulmasının 30 - cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırırıq.Prezidentimiz həmçinin vurğuladı ki, keçən il iyun ayının 15-də Milli Qurtuluş Günündə hörmətli qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Şuşada idik. Bu da çox əlamətdar hadisə idi ki, biz tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir, istər siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, istərsə də ordu quruculuğu istiqamətində. Bu gün “Texnofest “bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “Texnofest “elm, inkişaf, bilik, Texnologiya bayramıdır.Cənab Prezident İlham Əliyev eyni zamanda Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Sancara bugünkü tarixi gündə Azərbaycanın yanında olduğu üçün öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, Əziz Sancarın ən böyük arzusu Şuşaya getmək olmuşdur. Və onun bu böyük arzusu Türkiyə - Azərbaycan qardaşlığının, birliyinin nəticəsində yerinə yetdi. Əziz Sancar kimi insanlar bu gün gənclərimiz üçün örnəkdir. Gənclərimiz Əziz bəyə oxşamağa çalışmalıdırlar.Eyni zamanda Səlçuk Bayraktarı hörmətlə salamlayan Prezidentimiz Səlçuk Bayraktarın nəinki “Texnofest “in təşəbbüskarı və təşkilatçısı, həmçinin Səlçuk bəy və Bayraktarlar ailəsinin dünyada çox məşhur bir ailə olduğunu vurğuladı. İkinci Qarabağ müharibəsindəm əşhur “Bayraktar “PUA - larının rolunu indi dünyada bilməyən yoxdur. Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Bu gün əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan yüksələn xətlə ancaqi rəliyə gedəcəkdir.Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı, birliyi! Qarabağ Azərbaycandır!Sevda Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib46 dəfə
    qədər Türkiyə Azərbaycan bir yerdə inamla addımlasa bölgəmizdə sülh barış o qədər möhkəm olacaqdır

    Maraqlı gələ bilər
    47
    44
    265